Cari ilin may ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 478 min barel səviyyəsində olub.
Bu barədə FED.az Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu ilin aprelində Azərbaycanda neft hasilatı 480 min barel təşkil edib.
Qeyd olunur ki, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 477 min barel səviyyəsində olub, bu da 2023-cü ilin 4-cü rübün göstəricisi ilə müqayisədə 10 min barel azdır.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əməkdaşlığı çərçivəsində 2024-cü il üçün Azərbaycanın gündəlik xam neft hasilatı üzrə kvotası 551 min bareldir.
Beləliklə, Azərbaycan mayayında "OPEC+" çərçivəsində kvotasından 73 min barel geridə qalıb.