Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 700 min barel olacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, OPEC-in aprel ayı üzrə hesabatında bu il Azərbaycanda gündəlik neft hasilatı 90 min barel azalacağı bildirilib.
2020-ci ildə “Çıraq” neft yatağında və “Şahdəniz” qaz-kondensat yatağında planlaşdırılan profilaktika işləri və razılaşdırılmış könüllü düzəliş (OPEC+ sazişi) nəzərə alınmaqla, Azərbaycanda orta gündəlik hasilatın həcmi 90 min barel azaldılaraq orta hesabla 700 min barel həcmində proqnozlaşdırılır.