OPEC 2022-2023-cü illərdə təşkilata daxil olmayan ölkələrdən maye karbohidrogen tədarükünün artım proqnozunu demək olar ki, saxlayıb.
Eləcə də bax: İyulda gündəlik xam neft hasilatı - 549,9 MİN BAREL OLUB
FED.az xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir.
Belə ki, 2021-ci ildə gündəlik tədarük proqnozu 70 min barel, 2022-ci ildə 60 min barel səviyyəsində artırılıb. 2022-ci ildə qeyri-OPEC ölkələrinin neft təklifi 2,14 milyon barel - 65,8 milyon barelədək artacaq.
OPEC-ə daxil olmayan ölkələrdə maye karbohidrogen hasilatında artım 2023-cü ildə də dəyişməz olaraq qalır və gündəlik hasilat 1,7 milyon barel - 67,5 milyon barelədək artacaq.
Maye karbohidrogen təklifinin əsas artım drayverlərinin ABŞ, Norveç, Braziliya, Kanada və Qayana olacağı gözlənilir. Rusiya və Azərbaycanda isə neft hasilatı azalacaq. Bununla yanaşı, ABŞ-da hasilatın artması və Şərqi Avropada geosiyasi vəziyyətlə bağlı bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır.
Rusiyada maye karbohidrogen hasilatının 370 min barel - 10,52 milyon barelə qədər azalacağı (2023-cü il üçün əvvəlki hasilat proqnozu - 10,43 milyon barel) gözlənilir. (İnterfaks-Azərbaycan)