Azərbaycanın yeganə maye qaz şirkəti olan «Məişət Maye Qaz» QSC 2018-ci il üzrə illik hesabatını açıqlayıb. FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin gəlirləri 23 mln 734,3 min manat, xərcləri isə 20 mln 602,7 min manat təşkil edib.
Şirkətin xərclərində işçi heyətinə çəkilən xərclər 1 milyon 989 min manat təşkil edib. Bu da ümumi xərclərdə 10%-dən də azdır. Amortizasiya xərcləri 1 826,9 min manat təşkil edib. Xərc maddəsində ən böyük yeri sair xərclər tutub - 16 786,3 min manat.
Nəticədə «Məişət Maye Qaz» QSC-nin 2018-ci ildə əməliyyat mənfəəti 3 mln 131,7 min manat olub. 626,3 min manatlıq mənfəət vergisi çıxıldıqdan sonra şirkətin xalis mənfəəti 2 mln 505,4 min manat olub.
FED.az “Məişət Maye Qaz” QSC-in hesabatına istinadən bildirir ki, 2018-ci ildə şirkətin cəmi aktivləri ötən ilə nisbətən 35,24% azalaraq 15 mln 76,1 min manata enib.Cəmi kapital da 13,08% azalaraq 3 mln 110,5 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycan ət idxalını 56% artırıb