Fonddan FED.az-a verilən məlumata görə, HSŞ üzrə Komissiyanın üzvləri - Azərbaycan Respublikası Vergilər nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikası Energetika nazirinin müavini Natiq Abbasov, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini Emin Hüseynov, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin regional prezidenti Qəri Counz, TPAO və TPO LTD şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinin müdiri Saliha Dündar, Total Abşeron şirkətinin baş meneceri Denis Le Marşal, “ONGC Videsh Limited” şirkətinin ölkə üzrə meneceri Somnat De, “RV Investment Group Services LLC” şirkətinin prezidenti Reza Vəziri, “SGC Upstream” şirkətinin baş direktoru Tural Mənsimov, Petronas şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Talib Hanafi, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Naftiran Intertrade Co Limited” şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Mehdi Cavadi və digər şirkətlərin nümayəndələri görüşdə iştirak ediblər.
Görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən şirkətləri hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə məlumatlandırmaq məqsədi ilə təqdimat edilib.