Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.
“Azəriqaz” İB-dən verilən məlumatda deyilir ki, aidiyyatı qurum istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib. 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-i Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir. Bununlada ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-ə çatıb.
1 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq, təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.