Bu ilin 6 avqust tarixinə ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub.
“AzərEnerji” ASC-nin məlumatına görə, eyni zamanda sutkalıq enerji istehlakı da 100 milyon kilovat-saata yüksəlib.
Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.
Müqayisə üçün, 2018-ci ilin yayında tempratur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olub. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün konpensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.
Hazırda “AzərEnerji” nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.