Neft-qaz hasilatı üzrə operator
Vəzifə öhdəlikləri:
• Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, qazın tutulması, quyuların aramsız işinin təmin edilməsi, qazın separasiyası və nəqli, qrup ölçü qurğularının, kimyəvi reagentlərin vuran nasosların, hava kompressorların və s. neft-mədən avadanlığının fasiləsiz işinə nəzarətin təmin edilməsi.
• Daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında boru kəmərlərinin, texnoloji avadanlığının təmirə hazırlanması, təmirdən sonra kipliyə yoxlanması, quyuların sınanmasında və qoyulmuş rejimə çıxarılmasında iştirak etmək.
• Qurğuların, maxanizmlərin, kommunikasiyaların və yerüstü mədən avadanlığının təmirə hazırlanmsı üçün təcrid etmə və təcriddən azad etmə səriştəliyi olmalıdır.
• Mədən kommunikasiyalarda hidrat birləşmələrinə, parafin, qatran, duz çökməsinə qarşı profilaktik tədbirlərin aparılması və bu tədbirləri aparmaq üçün lazım olan kimyəvi. reagentlərin hesablanıb müəyyən edilməsi.
• Nəzarət-ölçü cihazlarının köməyi ilə cürbəcür texnoloji parametrlərin ölçülməsi. Quyuların işinin parametrlərinin çıxarılması və verilməsi, avtomatika və telemexanika vasitələrinin işinə nəzarət edilməsi. Quyuların tədqiqində iştirak edilməsi.
Bilməlidir.
Eləcə də bax : "RabitəBank" işçi axtarır - VAKANSİYA
Eləcə də bax : "AccessBank" işçi axtarır - VAKANSİYA
İşə nəzarət sistemini, Neft və qaz yatağının əsas göstəriciləri, yataqların rejimləri, neftin və qazın fiziki-kimyəvi xüsusiyyətləri; xidmət olunan quyuların texnoloji rejimləri, qrup ölçü qurğuları, neft və qazyığma sistemi, xidmət edilən nəzarət-ölçü cihazlarının, aparatların, avtomatika və telemexanika vasitələrinin və iş prinsipləri. Cihazların, boru kəmərlərinin, qurğuların, yerüstü mədən avadanlıqlarının istismar qaydaları, neft və qaz hasilatının intensivləşdirilməsi metodları haqqında ümumi anlayış; quyuların tədqiqi, neft və qaz yataqlarının işlənməsi, quyuların yeraltı və əsaslı təmiri, neft və qaz quyularının qazılması üzrə texnika və texnologiyanın əsasları; mədən elektrik avadanlıqlarının istismarı və elektrotexniki qurğularda işləmə qaydaları.
E-mail: [email protected]