"Beynəlxalq maliyyə institutları və agentlikləri tərəfindən 2023-cü ildə Brent markalı xam neftin bir barrelinin orta illik satış qiymətinin 75-80 ABŞ dolları civarında olacağı proqnozlaşdırılır".
ARDNF-in investisiya portfelində ABŞ dollarının payı - 70%-DƏK ARTIB
FED.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin açıqladığı "Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" adlı sənəddə bildirilir.
Sənəddə bildirilir ki, qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı gözləntiləri nəzərə alınaraq, 2023-cü ilin dövlət büdcəsinin proqnozlaşdırılması zamanı büdcə hesablamaları üçün 50 ABŞ dolları səviyyəsində müəyyən edilmiş xam neftin bir barrelinin orta illik ixrac qiyməti artırılaraq 60 ABŞ dolları səviyyəsində götürülmüşdür.
Qeyd edək ki, hazırda Azərbaycan neftinin qiyməti 89 dollar civarındadır. (Marja)