“Günəşli” yatağındakı 19 saylı dərin dəniz özülündə 75 nömrəli quyu geoloji tədbirdən sonra, məhsuldar qat çöküntülərinin qırməkiüstü qumlu lay dəstəsindən 3324-2981 metr intervaldan mənimsənilmiş və gündəlik 20 ton kondensat və 280 min kubmetr qaz hasilatı ilə istismara verilmişdir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
Növbəti quyu istismara verilib
16:16
22 Fev 2017