stilik mövsümünün Bakı şəhərində aprelin 15-də, dağlıq rayonlarda aprelin 30-da başa çatdırılması nəzərdə tutulub.
Bu barədə məlumat verən "Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev hazırda istilik mövsümünün davam etdiyini bildirib:
“2017-2018-ci illər payız-qış mövsümündə istiliklə təchizatda uzunmüddətli fasilə yaranmadı. Hansısa ərazidə elektrik enerjisində yaranan fasilədən doğan səbəblərdən istilik verilişində də fasilə yarandı. Bu kimi hallarda aidiyyatı təşkilatalara müraciət edirdik ki, problemi qısamüddətdə aradan qaldırsınlar. Həmin təşkilatlar da problemin aradan qaldırılmasını tez bir zamanda həll edilməsinə çalışırdı. Ümumilikdə nəzərdə tutulan yaşayış binaları, sosial obyektlər, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri fasiləsiz rejimdə istilik aldılar. Bu mövsümdə həmin oobyektlərdən istilik təchizatı ilə bağlı müraciət daxil olmadı. Yeganə müraciətlər mənzillərdən, ayrı-ayrı abonentlər tərəfindən daxil oldu ki, onların da əksəriyyəti bina və mənzildaxili problemlərdən qayanqlanan məsələlər idi. Ümumilikdə götürdükdə mövsüm uğurla başa çatdırılır”.
R.Əliyev bildirib ki, növbəti mövsümdən istilik sisteminin sayğaclaşdırılması gündəmdədir:
“Hazırda hökumətdə məsələyə baxılır, müzakirələr aparılır, rəy də müsbətdir. Yəqin ki, bu məsələlərə növbəti mövsümdən mərhələli şəkildə start veriləcək. Çünki ölkə prezidentinin starteji yol xəritəsində də hədəflərdən biri istilik sisteminin sayğaclaşdırılması ilə bağlıdır”.