Norveçin 1,2 trilyon dollar sərvətə sahib olan və dünyada ən böyük suveren fond sayılan Varlıq Fondu 2020-ci ildə Türkiyə şirkətlərinin səhmlərinə 812 milyon dollarlıq sərmayə yatırıb.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, Norveç Varlıq Fondunu idarə edən Norveç Bankının məlumatlarına görə, fond varlıqlarının bir hissəsini müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə yatırır və ötən il İstanbul Birjası vasitəsilə Türkiyənin müxtəlif miqyaslı 34 şirkətinin səhmlərini alıb.
Nrveç Fondunun Türkiyədəki səhm portfelinə «Eregli'nin Dəmir və Çelik İşleri», Karabük Dəmir və Çelik Fabrikaları (KARDEMİR), SOCAR-ın sahib olduğu «Petkim Petrokimya Holding və Rafinerileri AŞ», eləcə də Türk Petrolları şirkəti daxildir. Fond bu 4 enerji şirkətinə ümumilikdə 140 milyon dollar yatırıb.
Ən böyük investisiya Akbank-adır
Norveçin Varlıq Fondunun, Türkiyədəki ən böyük investisiya payını «Akbank» alıb. Fond «Akbank»ın 73,4 milyon dollar ödəməklə bankın səhmlərinin 1,51%-ə sahib olub.
Bundan başqa, Norveç fondu United Stores of Fund Inc. (BIM) səhmlərinə təqribən 63 milyon dollar, Türkiyə Şüşə və Şüşə Fabrikasına 57 milyon dollar, Garanti Bankın paylarına 70 milyon dollar, Türk Hava Yolları səhmlərinə təqribən 55 milyon dollar və Arçelik şirkətinə 47,7 milyon dollar yatırıb.
Fondun ən çox səhm payı aldığı şirkət isə Türkiyənin Logo Software şirkətidir. Norveçlilər 21 milyon dollar ödəyərək bu şirkətin 5,05%-i alıblar.
Ümumilikdə Norveç Fondu Türkiyə iqtisadiyyatına 2001-ci ildən yatırıma başlayıb. 2008-ci ildən bəri isə payını artırmaqdadır.
Fond, Türkiyədəki əczaçılıq sənayesi, bankçılıq, qida, rabitə xidmətləri, nəqliyyat və ağ mal sektorlarında fəaliyyət göstərən böyük şirkətlərin payları ilə məşğul olur. Ümumilikdə, Foed Norveçdən xaricdə 74 ölkədə 9 mindən çox şirkətə yatırım edib.
Qeyd edək ki, Norveç Dövlət Sərvət Fondu, fəaliyyət prinsipnə və məqsədlərinə görə, Azərbaycanın Neft Fondunu xatırladır. Fond 1990-cı ildən bəri, ölkənin neft və təbii qaz istehsalının geri qaytarılması ilə xarici ölkələrin səhmlərinə, istiqrazlarına və əmlak bazarlarına investisiya yatırır. Fondun strategiyasına görə, investisiyaların yüzdə 60-ı səhmlərə, yüzdə 35-i sabit gəlirli kağızlara və yüzdə 5-i daşınmaz əmlaka yönəldilmişdi, lakin Norveç hökuməti 2017-ci ildə səhmlərdəki payını yüzdə 70-ə yüksəltdi.
Norveç hökuməti il ərzində fondun gəlirlərinin yalnız 3%-dən istiadə edə bilər. qalan 97% isə qənaət olunur. Fondun dəyəri 19 sentyabr 2017-ci ildə ilk dəfə 1 trilyon dollarlıq həddi aşıb, hazırda isə təqribən 1,2 trilyon dollar təşkil edir.