Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,75 dollar və yaxud 2,37% artlıb.
FED.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 75,60 dollar/barelə bərabər olub.
Xatırladaq ki, Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin böyük hissəsi neftdən formalaşır. Bura neft sektorunun ödədiyi vergilər və Neft Fondundan transferlər (büdcə gəlirlərinin yarısı) aiddir. 2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. İndi isə neftin qiymətinin 70-75 dollar aralıöında dəyişməsi büdcə gəlirlərinin icra olunacağını və büdcədə problemin olmayacağına işarədir.
Ekspertlər bildirir ki, neftin qiymətinin yüksək olması ölkədə devalvasiya və dolların bahalaşması riskini də azaldir.
Eləcə də bax: «Devalvasiya yalnız bir halda ola bilər...» - MÜSAHİBƏ
"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Mənbə: FED.az, report