Dünyanın neft bazarı indiyədək baş verməyə tarixi proseslərə şahidlik edir.
Aprelin 20-də dünya birjalarında neftin qiymətinin enməsi tarixi nəticə ilə yadda qalıb.
Eləcə də bax: “Qara qızıl”ın dünyaya yaşatdığı - SÜRPRİZLƏR - SON 30 İLİN XRONOLOGİYASI
Nyu-York birjasında Qərbi Texas neftinin (WTI) qiyməti bir neçə saat ərzində 10- dollardan 2-3 dollara, daha sonra isə sıfıra enib, bundan sonra isə tarixdə ilk dəfə olaraq neft mənfi qiymətə düşüb.
Belə ki, bir neçə saat ərzində neftin qiyməti may müqavilələri üzrə mənfi 37,63 dollara enib. Bu o deməkdir ki, həmin vaxt neftin alıcıları pul ödəmir, əksinə, hər barelə görə, satıcı ona 37 dollar ödəməli idi. Rəqəmlərlə ifadə edəndə isə qiymətin ucuzlaşması 300% təşkil edib.
FED.az xəbər verir ki, bu vəziyyətin yaranmasına səbəb, neftə tələbatın azalması ilə yanaşı, neft saxlamaq üçün anbarların sürətlə dolmasıdır. Nəticədə çıxarılan nefti saxlamaq üçün yer qalmayıb. Ötən həftə OPEC+ ölkələrinin neft hasilatını may ayının 1-dən azaltması da vəziyyəti dəyişməyib.
Əksinə, ABŞ-da neftin may fyuçersləri üçün qiymətləri 16 faiz azalaraq 15 dollara düşdü.
Bu dəfə isə neftin ucuzlaşması ABŞ-da neft anbarlarının dolması ilə bağlıdır. Qərbi Texas nefti (WTI) qısamüddətli müqaviləsi, Oklahoma ştatında yerləşən ABŞ-ın ən böyük neft anbarı sayılan «Cushing»in tamamilə dolması ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşır. Anbarda boş yerin qalmaması barədə məlumatlar Nyu-York və Londonda neft qiymətləri çökdürüb. Texasdakı bəzi alıcılar bəzi neft axınları üçün $ 2-dən az pul alırlar, bu da Amerika istehsalçılarının tezliklə müştərilərinə öz neftlərini almaq üçün ödəmə ehtimalını artırır.
OPEC + koalisiyasının qərarı ilə gündəlik hasilatın 9,7 milyon barel azaldılacağı nəzərdə tutulsa da, indi məlum olur ki, bu həcm, neftə tələbatın azaldığı həcmdən xeyli azdır.
«Mövcud qiymətlər göstərir ki, «OPEC +»un məhdudiyyətləri indiki vəziyyətə uyğun deyil və neftin taleyi virusun əlindədir»-deyə Sinqapurdakı «Vanda Insights» şirkətinin ekspertləri bildirir.