Dünya baarında neftin kəskin ucuzlşması fonunda Fransanın «Total» şirkəti 3 ölkədən aktivlərini çıxarır.
FED.az xəbər verir ki, «Total» özünün Bruneydəki və Afrika ölkələrində ümumi məbləği 400 milyon dollar olan aktivlərini satacağını elan edib. Bu addım şirkətin qeyri profil aktivlərdən azad olması proqramı çərçivəsində atılır.
Eləcə də bax: "Neft hasilatının sutkada 10 milyon barrel azaldılması - KİFAYƏT DEYİL"
Bruneydə şirkət özünün «Total E&P Deep Offshore Borneo BV» törəmə şirkətinin satışını yekunlaşdırıb. Bu şirkət CA1 blokunda 86,95% z paya malikdir. 2019-cu ildə bu blokda neft hasilatı orta hesabla sutkada 5 min barel olub. Bundan başqa, «Total» özünün Liberiyadakı marketinq bölmələrinin və Syerra-Leonedəki «Conex Oil & Gas Holdings Ltd.» şirkətini satacağını elan edib. Satış prosesinin 2020-ci ilin 1-ci yarımında başa çatacağı gözlənilir.
«Hazırda neftin belə aşağı qiymətlərində bu satışlar bizim böhrana qarşı müqavimət planımızı dəstək olacaq» - deyə şirkətin maliyyə direktoru Jan-Pyer Sbreyr bildirib.
Ümumilikdə, «Total» şirkəti 2019-2020-ci illərdə aktivlərin satışıı proqramı çərçivəsində 5 milyard dollar vəsait əldə etmək niyətindədir.