Bu gün səhər Nyu-Yorkda WTI neftinin fyuçersləri +0.13%-ə 47.04 dollaradək qalxıb.
Eyni zamanda Brent markalı neftin fyuçersləri bir barel üzrə -0.10%, yəni 49.40 dollaradək düşüb.
Beləliklə, dollar kursunun aşağı düşməsi fonunda, eləcə də sentyabrda keçiriləcək görüşdə neft hasilatının dondurulması barədə neft istehsalçılarının mümkün razılığı ilə əlaqədar yeni işarələrin gözlənildiyi bir zamanda qara qızılın qiyməti elə də çox bahalaşmayıb.
Fedrezervin sədri Stenli Fişerin sözlərinə görə faiz dərəcələrinin tezliklə artması üçün vacib faktor hesab edilən ABŞ-dakı məşğulluq üzrə məlumatları treyderlər səbirsizliklə gözləyir və bu baxımdan amerikan məzənnəsi də bazar ertəsi nümayiş etdirdiyi pikindən geri çəkilmişdir.
Dolların zəifləməsi neftin alışını digər valyuta sahibləri üçün daha əlverişli və ucuz edir, bununla da potensial şəkildə ona olan tələbatı artırır.