“Hökumət dünya iqtisadiyyatında gedən prosesləri yaxından izləyir və qabaqlayıcı tədbirlər görür”.
FED. az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.
Eləcə də bax: Bu gün neft ilə bağlı kritik qərar gözlənilir - QİYMƏTLƏR ARTA DA, ÇÖKƏ DƏ BİLƏR
Baş Nazir bildirib ki, neftin qiymətinin düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərini azaltmaq üçün Azərbaycan müvafiq alətlərə malikdir və bu alətlər çevik şəkildə həyata keçirilir: “Təsdiq olunmuş vahid tədbirlər planı hökumət tərəfindən vaxtında və tam icra olunacaq. Azərbaycan hökuməti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını təmin etmək üçündür”.