Bu gün, oktyabrın 1-də “Brent” markalı neftin bir barrelinin qiyməti 2014-cü il noyabrın 10-dan etibarən ilk dəfə olaraq 84 dolları ötüb.
FED.az xəbər verir ki, "Brent" markalı neftin dekabr fyuçersləri üzrə qiyməti 1,6% artaraq 84,3 dollar, WTI markalı neftin qiyməti isə 1,5% artaraq 75,1 dollar olub.
Ekspertlər qiymət artımını ABŞ-ın İrana qarşı sanksiyaları ilə əlaqələndirirlər.