Brent markalı neftin qiyməti 2022-ci ilin noyabrından bəri ilk dəfə olaraq bir barel üçün 90 dolları ötüb.
Neftin bahalaşması əhalinin sosial həyatına necə təsir edəcək? - AÇIQLAMA
FED.az xəbər verir ki, qiymətlərin artımı Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının könüllü azaldılmasını ilin sonuna qədər uzatması məlum olduqdan sonra sürətlənib.
Bakı vaxtı ilə saat 17:36-ya olan ticarət məlumatlarına əsasən, Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,8% artaraq bir barel üçün 90,61 dollar olub. Brent 2022-ci il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 90 dollardan yüksək qiymətə ticarət olunub.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1 barelə görə 1,98% artaraq 87,49 dollar təşkil edib.
Səudiyyə Ərəbistanı və Rusiyanın neft tədarükünün könüllü azaldılmasını ilin sonuna qədər uzatması xəbəri ilə neft qiymətləri kəskin şəkildə yüksəlib.
Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib ki, Rusiya neft hasilatının əlavə könüllü olaraq 300 min barel/gün azaldılması qərarının müddətini 2023-cü ilin dekabr ayının sonuna qədər artıracaq. (Marja)