Dünya neft bazarındakı qiymətlər 3 gün ərzində ardıcıl artdıqdan sonra dünən yenidən ucuzlaşıb.
FED.az xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçersləri 0,38 faiz ucuzlaşaraq 60,47 ABŞ dollarına, WTI markalı neftin mart fyuçersləri isə 0,38 faiz ucuzlaşaraq 57,75 dollara satılıb. Halbuki hələ dünən günorta hərraclarında bahalaşma davam edib.
Xatırladaq ki, “Brent” və WTI markalı neftin bahalaşması daha çox OPEC+ formatı çərçivəsində hasilatın ixtisarı, habelə dünyada koronavirusdan peyvəndlənmənin daha geniş vüsət alması ilə iqtisadiyyatın gələcəyinə dair nikbinliyin artması ilə bağlı olub. Belə ki, OPEC+ formatının bəzi iştirakçı ölkələri fevral – mart aylarında hasilatı 1.425 min barel azaltmağa söz vermişdi.