Dünya bazarında neft kəskin ucuzlaşıb.
FED.az xəbər verir ki, Brent markalı neft fevralın 26-da 1,18% və ya 63 sent ucuzlaşaraq 52,8 dollara enib. Bu 2018-ci ilin 28 dekabrından indiyədək ən aşağı qiymətdir.
Eləcə də bax: Maliyyə naziri: "Neftin ucuzlaşmasından təşvişə düşməyə ehtiyac yoxdur"
ABŞ birjalarındakı WTI neftinin qiyməti isə 66 sent və ya 1,35 dollar azalaraq 48.07 dollara enib.
Bu da 2018-ci ilin 12 dekabrından indiyədək neftin ən aşağı qiyməti sayılır.
Xatırladaq ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsində neftin qiyməti 55 dollardan götürülüb.
Fevralın 25-də Azərbaycan nefti 57,59 dollara satılıb.