Yaxın Şərqdə gərginliyin artması fonunda ICE birjasında Brent markalı xam neftin qiyməti ticarət həftəsinin əvvəlində 12,2% artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bakı vaxtı ilə saat 03:02-yə olan məlumata görə, neft 23 iyun 2025-ci ildən bəri ilk dəfə barel üçün 81 dolları keçərək 81,79 dollara (12,24% artım) satılıb.
Bakı vaxtı ilə saat 03:16-ya qədər neft artımını yavaşlatmış və 79,4 dollara (9,02% artım) satılıb.











