Dünya birjalarında xam neftin qiyməti son 17 ilin minimumuna düşüb.
Eləcə də bax: Azərbaycan nefti 30 dollardan ucuzdu - SON QİYMƏT
FED.az xəbər verir ki, koronavirusla əlaqədar artan tənəzzül təhlükəsi səbəbindən neftin qiyməti 2003-cü ildən bəri ən aşağı səviyyəyə enib. Hazırda “Light” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 25,95 dollara satılır. Bu, 2003-cü ilin may ayından bəri ən aşağı səviyyədir.
“Brent” neftinin bir barreli Londonun ICE birjasında 28,18 dollara alıcı axtarır.
Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub. Ötən həftənin əvvəlində “Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enib.
Azərtac