Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. FED.az xəbər verir ki, London birjasında Brent nefti gün ərzində 4,2% ucuzlaşaraq 64,7 dollara düşüb. ABŞ birjalarında isə WTI neftinin qiyməti 2,2% ucuzlaşaraq 55,3 dollar olub.
Ümumiyyətlə, WTI həftə ərzində 5,9% dollar ucuzlaşaraq rekord vurub. Ekspertlər hesab edir ki, bu sürətlə neftin 60 dollara enəcəyi gün də uzaqda deyil.
Ümumilikdə isə may ayı neft üçün «qara ay» sayıla bilər. Mayda Brent 11%, WTI nefti isə 13% dəyərini itirib.
Ekspentlər bildirir ki, neftin ucuzlaşmasının əsas səbəbi ABŞ-ın Çin, Meksika və Avropa İttifaqına qarşı başladığı ticarət müharibəsidir.
Bu vəziyyət bazarlarda gərginlik yaradır, iqtisadi inkişafa mane olur və nəticədə neftə tələbatı azaldır ki, bu da özünü qiymətlərdə göstərir.
Ekspertlər bildirir ki, neftin ucuzlaşması ən azı OPEK nazirlərinin iyunun 26-da Vyanadakı görüşünə qədər davam edəcək. Hərçənd bu görüşdən də vəziyyətin düzələcəyi ehtimalı azdır.