Brent markalı neftin qiyməti kəskin şəkildə 7.5% ucuzlaşıb.
Eləcə də bax: Azərbaycan neftinin qiyməti büdcədəki həddən - AŞAĞI DÜŞDÜ
FED.az xəbər verir ki, Vyanadakı danışıqlar zamanı OPEC + ölkələri razılığa gələ bilməyib. Rusiya istehsalın əhəmiyyətli dərəcədə azaldılmasından imtina edib.
London ICE Futures birjasında Brent markalı neftin may fyuçersləri 19:12-dən 7.5% - 46,26 dollara enib.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI üçün aprel fyuçersləri 7,6% ucuzlaşaraq bir bareli 42,42 dollara satılıb.