“OPEC+” sazişi neft bir barrelinin qiymətinin ilin sonuna qədər 45 dollara yüksəlməsini təmin edə bilər.
Eləcə də bax: Azərbaycanın neft hasılatını necə azaldacağı - MƏLUM OLUB - TOPLANTI
FED.az xəbər verir ki, bu sözləri “Gazprom Neft”in baş direktoru Aleksandr Dyukov deyib.
“OPEC+” razılaşması neftin qiymətinin kəskin artmasına gətirib çıxarmayacaq, ancaq beynəlxalq birlik epidemiyasının qarşısını almağı bacararsa, “qara qızıl”ın bir barrelinin qiymətinin 40 və ya 45 dollara qədər yüksəlmə ehtimalı var. Razılaşmanın nəticələrini nəzərə alsaq, qiymətin kəskin artması gözlənilməməlidir. 2020-ci ilin ikinci rübünün ən ağır dövr olacağını gözləyirik, lakin ümid edirik ki, karantin tədbirlərinin ləğvi və ticarətin bərpa olunması yay aylarında baş verəcək ki, nəticədə payızda neftin qiymətinin böhrandan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaq”, - deyə o qeyd edib.
Azərtac