Rusiyanın Ukraynaya hücumu və müharibə fonunda dünya bazarında neftin bahalaşması sürətlənib.
FED.az xəbər verir ki, bu gecə birjalarda neft yenidən bahalaşaraq 2012-ci ildən bəri ilk dəfə 130 dolları keçib.
"Neftin hər 10 dollar bahalaşması bizə əlavə 1,4 milyard dollar gətirir" - MÜSAHİBƏ
Birjada keçirilən hərraclarda Brent markalı neft 9%-dən çox bahalaşaraq 130,3 dollara, daha sonra 130,89 dollara yüksəlib.
Qeyd edək ki, ümumilikdə birjalarda Brent neftinin ən yüksək qiyməti 2008-ci ilin avqustunda qeydə alınmışdı - 147,5 dollar.
WTI markalı neft isə 8,73% bahalaşaraq 126 dollara çatıb.
Bahalaşmanın səbəbi dünyanın ən böyük neft ixracçılarından olan Rusiyaya qarşı qərbin tətbiq etdiyi sanksiyalar və «Böyük 7»lik ölkələrinin Rusiya neftindən imtinanı müzakirə etməsidir.