“Brent” markalı xam neftin bir barrelinin qiyməti 25 dollardan aşağı enib.
FED.az xəbər verir ki, Londonun ICE birjasında “Brent” neftinin bir barrelinin qiyməti gün ərzində 6,5 faiz ucuzlaşaraq 24,63 dollara düşüb.
“Light” markalı neftin bir barrelinin qiyməti isə Nyu-Yorkun NYMEX birjasında 5,35 faiz ucuzlaşaraq 21,39 dollara geriləyib.
Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub. Martın 9-da “Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enib.