Polşanın baş naziri Ukraynadakı müharibə nəticəsində neftin bahalaşmasına görə gəlirləri artan Norveçi Ukraynaya ödəniş etməyə çağırıb.
FED.az xəbər verir ki, Polşanın baş naziri Mateuş Moraveski bəyan edib ki, neft bahalaşdığına görə Norveç nəhəng gəlirlər əldə edir, böyük fayda götürür, bahalaşma isə Ukraynadakı müharibəyə görə baş verir, buna görə də Norveç bu gəlirlərin bir hissəsini Ukrayna ilə paylaşmalıdır. O bildirib ki, «cəmi 5 milyon nəfər əhalisi olan Norveç 100 milyard avro gəlir əldə edir».
Doğrudan da hesablamalara görə, münaqişə nətiicəsində neft-qazın bahalaşmasına görə, Norveçin neft-qaz gəlirləri gözləniləndən 6 dfə artıq olacaq.
«Burada nəsə düz deyil, onlar bu gəliri münaqişəyə görə əldə edirlər, ona görə də həmin pulu münaqişədə zərər çəkən tərəflə bölüşməlidirlər».
Polşa baş nazirinin bəyanatına Norveçdən dərhal cavab gəlib.
Norveçin Xarici İşlər Nazirliyinin baş katibi Eyvind Vad Petersson bildirib ki, hökumət bu pulları gələcək nəsillər üçün saxlayır. Belə ki, gəlirlər Qlobal Pensiya Foduna yönəldilir. Xatırladaq ki, bu fond Norveçin neftdən gələn gəlirlərini idarə edir və bütün dünyada əmlaklar, səhmlər və digər aktivlər alır.
Norveç nümayəndəsi bildirib ki, neft-qaz gəlirləri artsa da, fondun pullarında azalma var. Belə ki, dünyada səhmlərin ucuzlaşması nəticəsində fondun vəsaitləri təqribən 550 milyard kron azalıb».
O ki qalda Ukraynaya dəstəyə, Norveçli məmur bildirib ki, Norveç hökuməti Ukraynaya dəstək üçün ciddi addımlar atır və daha böyük dəstək veriləcək.