Neftin qiymətindəki ucuzlaşma davam edəcək və bu, ixracatçı ölkələr üçün böyük problem yaradacaq.
FED.az xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
Eləcə də bax: "Neftin qiyməti 1 il belə qalsa, Azərbaycana ciddi mənfi təsir - EDƏ BİLƏR"
“2009-cu ildən bəri ilk dəfə qlobal neft tələbatında azalma gözləyirik. Tələbatın azalması və təradükdəki artım neftin qiymətini aşağı salacaq. Qlobal iqtisadiyyat çox çətin bir dövrdən keçəcək. Səudiyyə Ərəbistanı və Rusiya kimi ölkələr daha çox ehtiyatlara sahibdirlər. Bu ölkələrin çətinliklərə davamlılığı daha uzun çəkəcək. Lakin hazırkı qiymət həmin ölkələr üçün də davamlı deyil. Neftin aşağı qiyməti əbədi olmayacaq, ancaq bir müddət dava edəcək. Koronavirus hazırda dünyada bir nömrəli problemdir”, - deyə o bildirib.
F.Birol qeyd edib: “Böyük neft istehsalçılarının qəbul etdiyi qərarların onlara fayda verəcəyini bilmirəm. Ən böyük həcmdə neft istehsal edən ölkələrin verdiyi qərarlar “rus ruleti” oynamağa bənzəyir. Ancaq hesab edirəm ki, neft bazarında doğru qərar verənlər galib gələcək”.
Azərtac