2021-ci ilin dövlət büdcəsində neftin baza qiyməti açıqlanıb.
Eləcə də bax: ARDNF AÇG və “Şahdəniz”dən gəlirlərini - Açıqladı
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin açıqladığı 2021-ci ilin büdcə parametrlərinə əsasən gələn ilin büdcəsində neftin qiyməti 35 dollardan götürülüb.
Nazirlik bildirir ki, bu – ehtiyatlı qiymətdir: «2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülmüşdür»-deyə açıqlamada bildirilir.
Xatırdadaq ki, 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 55 dollar götürülsə də, koronavirus pandemiyası və neftin qiymətinin ucuzlaşması səbəbindən büdcə gəlrlərində azalma baş vermişdi və büdcəyə edilən dəyişiklikdə orta qiymət 35 dollara endirilib.
Buna görə də hökumət 2021-ci ildə risk etməməyi və neftin qiymətini yenə də 35 dollardan götürməyi qərara alıb.