Amerikanın əmtəə birjalarında bu gün başlayan hərrəclarda neft ildırım sürətilə ucuzlaşır və bir qədər əvvəl daha bir antirekord qeydə alınıb.
FED.az xəbər verir ki, birjada WTI neftinin qiyməti 3,6 dollar və ya bir neçə saat ərzində (!) 20%-ə yaxın ucuzlaşaraq 14,7 dollara düşüb. Bu son 21 il ərzində WTI neftinin ən aşağı qiymətidir.
FED.az xəbər verir ki, neftin belə sürətlə ucuzlaşmasının səbəbi neftə tələbatın azalması ilə yanaşı, neft saxlamaq üçün anbarların sürətlə dolmasıdır. Nəticədə çıxarılan nefti saxlamaq üçün yer qalmayıb. Ötən həftə OPEC+ ölkələrinin neft hasilatını may ayının 1-dən azaltması da vəziyyəti dəyişməyib.
Əksinə, ABŞ-da neftin may fyuçersləri üçün qiymətləri 16 faiz azalaraq 15 dollara düşdü.
Bu dəfə isə neftin ucuzlaşması ABŞ-da neft anbarlarının dolması ilə bağlıdır. Qərbi Texas nefti (WTI) qısamüddətli müqaviləsi, Oklahoma ştatında yerləşən ABŞ-ın ən böyük neft anbarı sayılan «Cushing»in tamamilə dolması ilə bağlı narahatlıqlar səbəbindən ucuzlaşır. Anbarda boş yerin qalmaması barədə məlumatlar Nyu-York və Londonda neft qiymətləri çökdürüb. Texasdakı bəzi alıcılar bəzi neft axınları üçün $ 2-dən az pul alırlar, bu da Amerika istehsalçılarının tezliklə müştərilərinə öz neftlərini almaq üçün ödəmə ehtimalını artırır.
OPEC + koalisiyasının qərarı ilə gündəlik hasilatın 9,7 milyon barel azaldılacağı nəzərdə tutulsa da, indi məlum olur ki, bu həcm, neftə tələbatın azaldığı həcmdən xeyli azdır.
«Mövcud qiymətlər göstərir ki, «OPEC +»un məhdudiyyətləri indiki vəziyyətə uyğun deyil və neftin taleyi firusun əlindədir»-deyə Sinqapurdakı «Vanda Insights» şirkətinin ekspertləri bildirir.
WTI markalı neft üzrə may fyuçersləri 15 dollardan da aşağıdır, bu 19990cu ilin sentyabrındakı qiymətə yaxındır. İyun ayı üçün müqavilələr isə 23,75 dollara bərabərdir.