Bəəzi regionlarda kəskin hava şəraiti və OPEC+ ölkələrinin hasilatın yeni azaltmaları səbəbindən 2024-cü ilin birinci rübündə qlobal neft hasilatı 2023-cü ilin dördüncü rübü ilə müqayisədə gündəlik 870 min barel (barel/gün) azalacaq.
Avropaya ilkin mərhələdə 4 qiqavat yaşıl enerji ixrac olunacaq
FED.az xəbər verir ki, bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) mart hesabatında yer alıb.
Agentliyin proqnozuna görə, 2024-cü ildə qlobal neft hasilatı OPEC+ ölkələrinin hasilatın düzəlişləri nəzərə alınmaqla, gündəlik 800 min barel artaraq 102,9 milyon barel/günə çatacaq.
IEA-nın proqnozuna görə, 2024-cü ildə OPEC+ üzvü olmayan ölkələrin neft hasilatı gündəlik 1,6 milyon barel artacaq. ABŞ istehsalın artımında liderlik edəcək. Qayana, Braziliya və Kanadada da istehsalın əhəmiyyətli artımı gözlənilir. IEA qeyd edir ki, bütün bu ölkələrdə ilin sonuna qədər neft hasilatının rekord həddə çatacağı gözlənilir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) mart ayı hesabatında yer alan proqnoza görə, qlobal neft tələbatının gündəlik artımı 2023-cü ildəki 2,3 milyon bareldən 2024-cü ildə 1,3 milyon barelə düşəcək.
IEA vurğulayır ki, 2024-cü ildə neftə tələbat artımının azalması göstərir ki, qlobal neft istehlakı pandemiyadan sağalma ilə əlaqədar illərlə davam edən qeyri-sabitlikdən sonra tarixi tendensiyalara qayıdır. Agentlik qeyd edir ki, "zəif iqtisadi proqnozlar, enerji səmərəliliyinin yaxşılaşdırılması və elektrik avtomobillərinin artan satışları neftdən istifadəni getdikcə azaldır".
BEA-nın məlumatına görə, neftə tələbat artımı getdikcə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzvü olmayan ölkələrə doğru dəyişəcək və Çinin dominantlığı getdikcə azalacaq. (Marja)