Neft bazarının nəhənglərindən olan «ConocoPhillips» şirkəti digər neft hasilatçısı olan «Concho»nu 9,7 milyard dollara alır.
FED.az xəbər verir ki, neft bazarındakı iqtisadi şərtlər şist neft şirkətlərini birləşdirməyə məcbur edib.
Bu səbəbdən «ConocoPhilips», 9,7 milyard dollar dəyərində səhm müqabilində «Concho Resources»u əldə etməyə razı salıb. Bu, ilin əvvəlində enerji tələbinin çökməsindən bəri ən böyük şist müqaviləsidir, yəni Amerikanın ən məhsuldar neft yatağında bol qazma işlərinə başlayacaq.
Şirkət, bazar ertəsi günü elan etdiyi bu razılaşma ilə hər bir «Concho» payı üçün 1,46 «Conoco» səhmi alacağını elan edib. Satınalma, «Concho»nun 13 oktyabr tarixindəki son qiymətinə görə yüzdə 15 artımla həyata keçirilir.
Qekyd edək ki, pandemiya ilə qiymət çöküşü və yavaş iqtisadi dirçəliş illərlə borcla böyüyən və maliyyə problemləri ilə üzləşən şist neft sənayesini birləşdirməyə məcbur edir.
Bu birləşmə ilə şirkət, «Occidental Petroleum» və «Chevron» kimi şirkətlərin rəqabət apardığı Qərbi Texasın Permian hövzəsindəki ən böyük müəssisələrdən birinə çevriləcək.
Hyustonda yerləşən «Conoco», 7 milyard dollarlıq nağd pulla nisbi güclü vəziyyətdə neft bazarları böhranından çıxdı. Şirkət bu yaxınlarda səhm alışlarına başlamışdı, lakin şirkətin böyümə perspektivi də o qədər də parlaq deyil, ikinci rübdə hasilat 25% azalıb.