2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar götürülüb. Hazırda dünya bazarında neftin qiyməti isə 65 dollardan yüksəkdir.
FED.az xəbər verir ki, maliyyə naziri Şamir Sərifovun sözlərinə görə, yüksələn neft qiymətinə görə büdcəyə yenidən baxmaqdansa, vəsaitlər valyuta ehtiyatlarının artırılmasına yönəldilməlidir.
"Büdcə sistemi haqqında qanunvericilik büdcəyə yenidən baxmağa imkan verir. Lakin neft qiymətlərinin yüksəlməsi və düşməsi bizi düşündürməlidir. Neft qiymətləri yüksək olan zaman əldə edilən valyutanı ehtiyatlarımızı artırmağa yönəltməliyik. Bizim valyuta ehtiyatlarımız artmalıdır. Hesab edirəm ki, büdcə üçün götürülmüş 45 dollarlıq qiymət bizim əsas məsələlərimizi həll edir, artıq olan hissəni yığıma yönəltməliyik. Məncə 45 dollar optimal qiymətdir".