Səudiyyə Ərəbistanında neft sahəsinə silahlı dron edilən hücum ölkənin neft təklifini azaldıb. Hücumun ardından neft qiymətlərində rekord artım baş verib və Brent neftinin qiyməti 60,25 dollardan 71,95 dollaradək yüksəlib.
FED.az xəbər verir ki, ABŞ hücumu İranın etdiyini iddia edib.
Bazar ertəsi günü birjaların açılışından dərhal sonra saniyələr içində Brent neftinin qiyməti təxminən 12 dollar artıb və bu yüksəliş 1988-ci ildə bu yana ən böyük güniçi artımdır. Qiymətlər daha sonra bu ilk 20%-lik artımın yarısını geri verib. Bakı vaxtı ilə saat 09:10-a olan məlumata görə, Brent neftinin qiyməti 10 faiz bahalaşma ilə 66,30 dollardan alıcı tapıb.
Marja