Neftçala rayonunda tikilmiş “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodunda istehsal olunan avtomobillərin satış qiyməti 10-16 min manat olacaq.
Bu barədə FED.az-a zavoddan bildirilib.
Xatırladaq ki, “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodu Neftçılaya səfərində yaradılmış Neftçala Sənaye Məhəlləsində yerləşir.
Zavod 2017-ci ilin dekabrında işə düşəcək və burada ildə 10 min avtomobil buraxılacaq. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müəssisədə “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.
Zavodda buraxılan ən ucuz model “Runna”dır – 10 min manat. Ən bahalı avtomobil isə “Renault-Tondar” olacaq – 16 min manat.
Zavoddan bildirilib ki, istehsal gücü 10 min avtomobil olan zavoda birinci il 5 min avtomobil istehsal ediləcək. Avtomobillərin 2 mini xaricə ixrac ediləcək, qalan hissə yerli bazarda satılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır