“Şirvan” RETSİ-nin Neftçala və Salyan elektrik şəbəkələrində “Azərişıq”ASC tərəfindən aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində rayonlarda elektrik enerjisi təchizatı daha da yaxşılaşıb.
“Azərişıq”ASC-dən verilən məlumata görə, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədi ilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün qurum tərəfindən irimiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Salyan EŞ-də 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 528 ədəd yeni beton və dəmir-beton dayaq basdırılıb, 25 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 35,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilib.
Aprel ayının sonuna qədər daha 96 ədəd 0,4 kV-luq dayaq basdırılacaq. Neftçala EŞ-də isə 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 738 ədəd yeni beton və dəmir-beton dayaq basdırılıb, 23 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 24,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilib. Aprel ayının sonuna qədər daha 92 ədəd 0,4 kV-luq dayaq basdırılacaq.
Rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunur, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənir, yararsız vəziyyətə düşmüş və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunur.
2017-ci il “Azərişıq” ASC-də 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilb və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqrqmının icrasına başlanılıb. Görülmüş tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.