“Brent” markalı neftin qiyməti bir qədər də ucuzlaşıb.
FED.az “İnterfaks”a istinadən xəbər verir ki, “qara qızıl”ın London birjasında qiyməti bir barrelə görə 31,75 dollar olub. Bu isə əvvəlki sessiyadan 0,12 dollar (0,38%) ucuz deməkdir.
Nyu-York birjasında WTI markalı neft isə 0,81 dollar (3,43%) ucuzlaşma ilə bir barrelə görə 24,44 dollar olub.