Dünya bazarında neftin ucuzlaşması dayanmır.
FED.az xəbər verir ki, yeni başlayan iş həftəsində birjalarda neftin qiyməti yenidən kəskin enib.
Brent nefti 1,6 dollar və ya 6,4% ucuzlaşaraq 23,33 dollara, WTI nefti isə 1,13 dollar və ya 5.2% ucuzlaşaraq 20,4 dollara düşüb.
Hərracların gedişində WTI nefti 2002-ci ildən bəri ilk dəfə olaraq 20 dollardan aşağı enib.