Brent markalı neft artıq 4-cü həftədir ki, ayın əvvəlindən təxminən 13% toplamaqla artım nümayiş etdirir.
Cümə günü onun kotirovkaları 1%-ə qalxmışdı və bununla da bilavasitə 52 dollar/barel qiymətindən bir qədər aşağı sövdələşmələri başa vurmuşdu. Bu gün ərzində də qiymət müqavimət aparmaq üçün mübarizə mövqeyində qala bilər.
Bazar iştirakçıları Baker Hughes-dan alınan yeni məlumatlara o qədər də məhəl qoymamışlar. Relizdən sonra "qara qızıl" minimum səviyyədən çıxıb bərpa olunmağa davam etmiş, 52 dollar qiymətini qət edə bilməsə də təxminən 51 qiyməti yaxınlığında qərarlaşmışdı. Xammal seqmenti ilə bağlı optimizm yeni verbal intervensiyalarla şərtləndirilirdi. Xüsusilə də energetika naziri Aleksandr Novak bildirdi ki, neft hasilatının dondurulmasına dair RF-nın mövqeyi dəyişməz qalıb və ölkə əvvəlki kimi bu təşəbbüsdə iştirak etmək niyyətindədir. Habelə, Novakın Rusiynın gələn il neft istehsalının həcmi üzrə (ildə 548 milyon tonadək hasilatı artırmaqla) yeni rekorda çatacağı barədə rəyinə bazar iştirakçıları heç bir cavab vermədi.
Yaxın günlərdə artımın tezləşdirilməsi üçün kotirovkalarla bağlı yeni səbəblər yarana bilər. Birincisi, Rusiya və Səudiyyə Ərəbistanı yaxın günlərdə neft-qaz sektorunda əməkdaşlıqla bağlı birgə memorandum imzalamışlar. İkincisi, bugün - yəni 24 oktyabr tarixində - Rusiya nümayəndəliyi OPEK-lə toplantı üçün Vyanaya gələcəkdir. Görüşün tamamilə texniki xarakter daşımasına baxmayaraq, RF-in neft hasilatını dondurmaq üzrə hazır olub-olmamasının təsdiqi bu təşəbbüsün reallaşdırılmasınını müvəffəqiyyətinə şübhə ilə yanaşan bazarlar üçün vacib bir faktor olacaqdır. Üçüncüsü, Venesuela prezidenti Nikolas Maduro neft hasil edən ölkələrlə bağlı turne çərçivəsində Azərbaycana gəlmişdir. Venesuelanın qiymətlərin stabilləşməsinə və bazarın dəstəklənməsinə olan son dərəcə güclü marağını nəzərə alaraq bu baxımdan da kifayət qədər ümidverici rəylər səsləndirilə bilər.
Bütün bunlar aktivlərin qoyulmuş hədəfə - 52.50 dollar/barelə - çatmaqdan ötrü növbəti bahalaşmasına təkan verə bilər.
forexnews.pro