Neft qiymətləri bazar ertəsi günü ucuzlaşmağa davam etdi. Bu isə şənbə günü OPEK-ə daxil olmayan ölkələr arasında məsləhətləşmələr zamanı qiymətlərin qaldırılması üçün neft hasilatının məhdudlaşdırılmasına dair konkret vədlər verməməsindən irəli gəldi. Bununla da onlar ilk əvvəl kartel arasındakı fikir ayrılıqlarının həll edilməsini gözlədiklərinə işarə etdilər.
Qeyd edək ki, ixracatçı ölkələr və ya Təşkiların üzvləri arasında rəsmi şəxslər və ekspertlər, eləcə də təşkilata üzv olmayan digər ölkələr, məsələn: Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika, Oman və Rusiya məsləhətləşmək üçün Avstriyanın paytaxtında bir araya gəldilər. Bəyanatda bildirilir ki, onların bir araya gəlməsinin yeganə məqsədi 30 noyabrda keçirilməsi planlaşdırılan növbəti OPEK sammitindən əvvəl bir daha görüşmək idi.
Saat 9:45-də çatdırılma ilə Brent markalı neftin dekabr fyuçersləri 0,46% aşağı düşərək bir bareli $49,48 dollara çatdı.
Çatdırılma ilə WTI markalı amerikan neftinin dekabr fyuçersləri isə sözügedən vaxtda əvvəlki sessiyanın bağlanışındalı qiymətdən 0.33% aşağı düşərək bir bareli $48,54 dollara satılırdı.
"Çoxlu söhbətlər getməsinə baxmayaraq heç kim razılığa gələ bilmədi. Bu da bazarı aşağıya doğru çəkir", -deyə OANDA broker şirkətinin Sinqapurdakı baş bazar analitiki Cefri Xalli bildirmişdi.
OPEK-ə daxil olan və olmayan ölkələrin bəyanatında şənbə danışıqlarının yekunu nəticəsində bildirilirdi ki, 30 noyabrda keçirilməsi gözlənilən neft hasilatının məhdudlaşdırılması üzrə qlobal pakt istiqamətində "müsbət inkişaf" müşahidə olunur.
investing.com©