Bu gün ABŞ fond birjalarında satışlar və Səudiyyə Ərəbistanının xam neft hasilatının artıracağı barədə xəbərlər fonunda 3 faizdən çox ucuzlaşıb.
Fed.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, saat 19.29-a olan məlumata əsasən Brend markalı neftin qiyməti 2,99 faiz ucuzlaşaraq bir barel üçün 79,44 dollar, WTI markalı neftin qiyməti 2,78 faiz ucuzlaşaraq bir barel üçün 67,22 dollar olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falix bu gün neft hasilatını sutkada 11-12 milyon barel artıracaqlarını istisna etməyib.
OPEK Səudiyyə Ərəbistanının sentyabrda neft hasilatının sutkada 108 barel artıraraq 10,512 milyon barelə çatdırdığını açıqlayıb.
Neft ucuzlaşır
21:16
23 Okt 2018