Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,65 dollar azalaraq 49,31 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,58 dollar azalaraq 50,21 dollar olub.
Neftin ucuzlaşmasına OPEC-ə daxil olan ölkələrin hasilatın dondurulması barədə razılığa gələ bilməyəcəyi ilə bağlı ehtimalların artması səbəb olub.