Neft üzrə qiymətlər aşağı səviyyədə möhkəmləndi, lakin neft treyderlərinin əhval-ruhiyyəsi dünya bazarında təklif artıqlığına görə hələ də bədbin olaraq qalır.
Saat 12:00-da Brent markalı neftin bir bareli 46,40 $ civarında sövdələşirdi, WTI markalı neftin bir bareli isə 44,70 dollaradək ucuzlaşmışdı. Neft fyuçerslərinin kotirovkaları Oktyabr ayının ortasında nail olduğu maksimum qiymətindən sonra təxminən 13% aşağı düşdü.
ABŞ-da 8 Noyabrda baş verəcək prezident seçkilərinin nəticəsinin bazar üçün əlverişsiz olacağı haqqında narahatlıqlar investorlar tərəfindən riskin qəbul edilməməsi halını yüksəldir. Bundan başqa, OPEK-in istehsal həcminin planlaşdırılmış ixtisarını hayata keçirmək xüsusiyyəti haqqında qalan skeptisizmi kotirovkalara təzyiq göstərir.
Keçən həftə ABŞ-da xam neft ehtiyatlarının çoxalması (14 milyon bareldən çox) bazar iştirakçılarına yenidən tələbat və təklif disbalansı haqqında xatırlatdı.
Həmişə Cümə günlərində olduğu kimi, bu gün də “Baker Hughes”ın ABŞ-da fəaliyyət göstərən burğu-qazıntı işlərinin sayı haqqında olan həftəlik statistikası treyderlərin marağına səbəb oldu.
Neft treyderləri “ayı” əhval-ruhiyyəsinə məruz qaldılar
17:56
4 Noy 2016