Brent neftinin qiyməti yenidən 64 dolları keçib. Buna ABŞ və Çin arasında ticarət razılaşmasının çox yaxın olduğuna dair açıqlama səbəb olub.
FED.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, "Çin ilə birinci mərhələ ticarət razılaşmasına yüksək vəzifəli nümayəndələrin aprdığı telefon danışıqlarının ardından çox yaxınlaşıldı" açıqlamasını verib.
Bakı vaxtı ilə saat 08:20-də Brent nefti 0,7% bahalaşma ilə bareli 64,11 dollardan, ABŞ xam nefti isə 0,4% bahalaşma ilə 58.25 dollardan alıcı tapıb.
ABŞ və Çin arasında ticarət müharibəsinin davam etməsi və daha da dərinləşməsi qlobal iqtisadiyyatda böhrana səbəb ola bilər. Belə olan halda neftə tələbin azalacağı və qiymətinin düşəcəyi ehtimal edilir. Dünyanın ən böyük iki iqtisadiyyatının razılaşması isə qlobal artımın davam etməsinə imkan verəcək və neftə tələb azalmayacaqdır.
Marja