Qlobal xam neft tələbatındakı artım 10 il ərzində sona çatacaq.
Eləcə də bax: OPEC: İnkişaf etmiş ölkələr üçün neft dövrü başa çatıb
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.
O bildirib ki, hökumətlər təmiz enerji sərmayələrini sürətləndirmək və iqlim hədəflərinə çatmaq üçün məsuliyyət daşıyır: “Lakin hökumətlərin siyasətində böyük bir dəyişiklik olmadığı təqdirdə tələbatın sürətlə azalacağını söyləyə bilmərik. Bugünkü siyasətlərə baxsaq, qlobal iqtisadiyyatın bərpası neft tələbatının yenidən COVID-19-dan əvvəlki səviyyələrə qayıtmasına səbəb ola bilər”. (Azərtac)