ABŞ və İran prezidentldəri arasında sülh razılaşmasınnın imzalanmasından sonra dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmaqda davam edir.
Belə ki, London birjasında keçirilən onlayn hərraclarda hazırda Brent neftinin qiyməti 1,8 dollar və ya, 2,2% ucuzlaşaraq 77,79 dollara enib.
«WTI» neftinin qiymətində isə 2% azalma var, qiymətlər 74,5 dollara enib.
Xatırladaq ki, ucuzlaşma Azərbaycan neftinin qiymətinə də təsirini göstərib. Dünən Azeri light nefti kəskin ucuzlaşaraq 86 dollardan 82 dollara enib.














