Dünya bazarında neftin qiyməti sürətlə artır.
FED.az xəbər verir ki, London birjasında Brent neftinin qiyməti gün ərzində 4,85% və ya 1,94 dollar bahalaşaraq 41,93 dollara çatıb.
Nyu-Yorkda isə WTI nefti, hansı ki, aprelin ortalarında mənfi 42 dollara enmişdi, hazırda 39 dollar ətrafında ticarət edilir.
Gün ərzində WTI nefti 1,57 dollar və ya 4,2% bahalaşıb.