Dünya bazarında neftin qiyməti daha bir psixoloji həddi keçib.
FED.az xəbər verir ki, birjalarda Brent neftinin qiyməti 1,49 dollar və ya 4,96% ucuzlaşaraq 28,56 dollara enib. Bu 2016-ci ildən indiyədək neftin ən aşağı qiymətidir.
WTI neftinin qiyməti isə 1,88 dollar və ya 6,55% azalaraq 26,82 dollara enib.